REGİONLAR
Qusarlılar ucuz qiymətə bayram ərzağı almaq imkanı qazanıblar VİDEO
Qusar, 26 dekabr, Elxan Yusifli, AZƏRTAC
Yeni il bayramı ərəfəsində Qusar sakinləri üçün bir sıra ərzaq və kənd təsərrüfatı mallarını daha ucuz qiymətə almaq imkanı yaradılıb.
AZƏRTAC xəbər verir ki, dekabrın 26-dan etibarən Qusar şəhərində bayram satış yarmarkası açılıb.
Yarmarkada rayonun 29 inzibati ərazi vahidliyindən satışa 40 tona yaxın məhsul çıxarılıb. Ərzaq və kənd təsərrüfatı malları sakinlərə bazardakı qiymətindən 15-20 faiz ucuz təklif olunur.
İstehsal etdikləri məhsulları sərfəli qiymətə maneəsiz satan fermerlər yarmarkanın təşkilindən razılıqlarını bildiriblər.
Bayram satış yarmarkası dekabrın son günlərinədək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]