ELM VƏ TEXNOLOGİYA


Quşlar dəstə şəklində daha tez uçur ?

A+ A

Bakı, 27 avqust, Günel Məlikova, AZƏRTAC

İsveçin Lund Universitetinin alimləri quşların uzaq məsafəni niyə dəstə ilə uçduqlarını araşdırıblar.

AZƏRTAC “Naked Science” saytına istinadla xəbər verir ki, quşların yırtıcılardan qorunmaq məqsədilə dəstə şəklində uçduqları artıq bəllidir. Lakin yeni araşdırmalar zamanı məlum olub ki, onlar dəstə şəklində daha sürətli uçurlar.

Bir dəstədə olan quşların sayının, sürətinin və fərdi xüsusiyyətlərinin araşdırılması zamanı əldə edilən məlumatların geniş təhlilindən sonra elm adamları gözlənilməz nəticə ilə qarşılaşıblar. Bəlli olub ki, quşlar fərdi uçuşdan fərqli olaraq, qrup şəklində həqiqətən daha tez uçurlar. Dəstədən geri qalan zəif quşların “liderlər”in uçuş zamanı əmələ gətirdikləri burulğandan istifadə edərək ona çata bilmələri ekspertlərin marağına səbəb olan yeganə ehtimaldır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.