DÜNYA


Qustav Klimtin “Çiçək bağçası” əsəri 48 milyon funt sterlinqə satılıb

Bakı, 2 mart, AZƏRTAC

Avstriyanın modernist rəssamı Qustav Klimtin “Çiçək bağçası” əsəri Londonun “Sotheby's” satış evində təxminən 48 milyon funt sterlinqə alıcı tapıb və Avropada satılan üçüncü ən bahalı incəsənət əsəri olub.

AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, “Sotheby's” satış evinin impressionizm və müasir incəsənət bölməsinin başçısı Helen Nyumanın sözlərinə görə, “Çiçək bağçası” Qustav Klimtin indiyə qədər hərraca çıxarılan ən möhtəşəm əsərlərindən biridir.

“Rəssamın belə miqyaslı əsərlərinin əksəriyyəti dünyanın iri muzeylərində saxlanır və ötən onilliklərdə yalnız onlardan bir neçəsi hərraclarda görünüb”, - deyə Nyuman əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.