DÜNYA


Quterreş: 2050-ci ildə okeanda plastik zibillər balıqlardan çox olacaq

Bakı, 6 iyun, AZƏRTAC

BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Dünya Okeanı Konfransı” başlayıb.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, konfransın ilk iclasına BMT-nin Baş katibi Antonio Quterreşlə birgə təxminən 200 ölkənin dövlət və hökumət başçıları və ətraf mühit fəalları qatılıb.

Quterreş okeanları qorumaq və onlardan səmərəli istifadə etməyin həyatın özünü qorumaq qədər önəmli olduğunu bildirib. Onun sözlərinə görə, əgər okeanlar qorunmasa 2050-ci ilə qədər çevrəyə atılan plastik zibillər balıqların sayından çox olacaq.

Boliviyanın dövlət başçısı Evo Morales və iclasın bir çox iştirakçısı keçən həftə ABŞ-ın “Paris İqlim Sazişindən” çıxacağını bildirən Prezident Donald Trampın qərarını tənqid edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.