İQTİSADİYYAT


Qüvvədə olma müddəti bitən “Asan imza” sertifikatları yenilənməlidir

A+ A

Bakı, 4 iyul, AZƏRTAC

İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsinin genişləndirilməsi, göstərilən elektron xidmətlərin təkmilləşdirilməsi məqsədilə 2013-cü ilin iyun ayından etibarən Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) hüquqi və fiziki şəxslərə sertifikat xidmətinin göstərilməsi ilə bağlı fəaliyyətə başlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, həmin tarixdən etibarən “Asan İmza”nın tətbiqi ilə bağlı geniş məlumatlandırma və təbliğat tədbirləri həyata keçirilib, “Asan İmza” sertifikatlarının kütləvi şəkildə verilməsi təmin edilib.

“Asan İmza” sertifikatının qüvvədə olma müddəti 3 il olduğundan və 2013-cü ilin iyul ayında alınmış sertifikatların etibarlılıq müddəti 2016-cı ilin iyul ayında bitdiyindən, yeni “Asan İmza” sertifikatı almaq üçün ASAN xidmət mərkəzlərinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə (http://www.taxes.gov.az/xidmetmerkezleri) müraciət etmək lazımdır.

Vergilər Nazirliyinin 195-1 Çağrı mərkəzinə, rəsmi internet səhifəsinin “Sual-cavab” bölməsinə (www.taxes.gov.az/www.taxes/faq/sual.html), asxm.gov.az internet ünvanına və ya [email protected] elektron poçtuna müraciət etməklə məsələ ilə bağlı əlavə məlumat almaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.