İDMAN


Qvardiola futbolçularına internet qadağası qoyub

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

İngiltərənin “Mançester Siti” komandasının baş məşqçisi Xosep Qvardiola maraqlı addımı ilə diqqət çəkib.

AZƏRTAC xəbər verir ki, ispaniyalı çalışdırıcı futbolçularına klubun bazasında internetə daxil olmaq və 3G mobil rabitə xidmətindən istifadəyə qadağa qoyub.

Qvardiola bu qadağa ilə yetirmələrinin daha çox bir-biri ilə ünsiyyətdə olmasını istəyir.

Qeyd edək ki, “Mançester Siti” İngiltərə Premyer Liqasının cari mövsümündə ilk məğlubiyyətinə ötən tur “Tottenhem”lə matçda məruz qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.