CƏMİYYƏT


RAGB “Yay RAGB-2016” fotomüsabiqəsinə yekun vuracaq

Moskva, 17 oktyabr, AZƏRTAC

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyevanın təşəbbüsü ilə gənclərin yaradıcı inkişafına kömək və həvəskar fotoqrafların peşəkarlar kimi yetişməsi məqsədilə hər il “Leto AMOR” (“Yay RAGB”) müsabiqəsi keçirilir.

Oktyabrın 23-də “Moskva – Holl” konsert salonunda builki “Yay RAGB-2016” müsabiqəsinin yekunları elan ediləcək, beş nominasiyanın (“Bakı – keçmişdə, bu gün və gələcəkdə”, “Mənim doğma diyarım”, “Ənənələr və adətlər”, “Milli mətbəx” və “Müasir turizm”) hər biri üzrə qalib sayılmış ən yaxşı işlər qiymətli mükafatlarla qeyd olunacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.