CƏMİYYƏT
RAGB fəalları ermənilərin növbəti provokasiyasının qarşısını alıblar VİDEO
Moskva, 10 may, AZƏRTAC
Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (RAGB) mayın 9-da Moskva Hökumətinin dəvəti ilə Qələbə Günü bayramı münasibətilə keçirilən “Ölməz Alay” yürüşündə iştirak edib.
“Ölməz Alay” yürüşündə iştirak etmək üçün Moskva metrosunun “Belorusskaya” stansiyasının qarşısında toplaşmış RAGB fəalları orada ermənilərin növbəti provokasiyası ilə üzləşiblər: erməni diasporunun çoxsaylı nümayəndələri tanınmamış “dqr” separatçı qurumunun bayrağını dalğalandırmaq istəyiblər.
RAGB nümayəndələri buna qəti etiraz edərək erməni diasporu nümayəndələrinin əllərində həmin “rəmz” olduğu halda nümayiş keçirilən əraziyə daxil olmasına imkan verməyiblər.
Erməni tərəfin müqavimətinə baxmayaraq, gənclərimiz növbəti dəfə əzmkarlıq, vətənpərvərlik və həmrəylik nümayiş etdiriblər.
Tərəfləri ayırmaq üçün məsələyə müdaxilə edən Moskva polisinin əməkdaşları erməni diasporunun nümayəndələrini separatçı rejimin simvolikasını nümayiş keçirilən yerdən götürməyə məcbur ediblər.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva