İDMAN


RAGB komandası mini futbol üzrə yarışların gümüş mükafatını qazanıb

A+ A

Moskva, 18 oktyabr, AZƏRTAC

Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) komandası Ümumrusiya Millətlərarası Gənclər İttifaqı kubokunda mini futbol üzrə yarışların gümüş mükafatını əldə edib.

Ümumrusiya Millətlərarası Gənclər İttifaqının Moskva hökumətinin dəstəyi ilə təşkil etdiyi altıncı millətlərarası mini futbol turniri Rusiyanın paytaxtında keçirilib.

RAGB-nin idarə heyətinin üzvü Emin Hacıyev AZƏRTAC-a bildirib ki, yarışlarda müxtəlif etnik qrupları, habelə Fransa, Almaniya, Avstriya və Finlandiyanı təmsil edən 16 komanda iştirak edib.

Bu yarışa ilk dəfə qatılan RAGB komandası parlaq və gözəl oyun nümayiş etdirərək ardıcıl beş qələbə qazanıb. Ən yaxşı qapıçı kuboku RAGB komandasının qolkiperinə təqdim edilib. Komandanın hər bir oyunçusu qələbəyə özünəməxsus töhfə verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.