Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Rövnəq Abdullayev: ARDNŞ-in regional və qlobal layihələrində müasir biliklərə yiyələnmiş gənc kadrlara daim ehtiyac var

Bakı, 21 noyabr, Nihat Budaqov, AZƏRTAC

Noyabrın 21-də “Neftqazelmitədqiqatlayihə” İnstitutunda “ARDNŞ-də gənclərlə bağlı layihələr, təhsil və karyera imkanları, qarşıda duran vəzifələr” mövzusunda görüş keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) rəhbərliyinin nümayəndələri, müxtəlif ali təhsil müəssisələrinin rəhbərləri, eləcə də şirkətin Təqaüd Proqramları çərçivəsində xaricdə və Azərbaycanın ali məktəblərində təhsil alan tələbələr, habelə bu proqramlar çərçivəsində ARDNŞ-in idarə və müəssisələrində işə qəbul olunmuş gənc mütəxəssislər iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ARDNŞ-in prezidenti Rövnəq Abdullayev görüşün əlamətdar günə - Yeni Azərbaycan Partiyasının yaradılmasının ildönümünə təsadüf etdiyini bildirib və bu münasibətlə iştirakçıları təbrik edib. R.Abdullaev son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü siyasətin ölkəmizə qazandırdığı uğurlardan danışıb, bu nailiyyətlərdə Dövlət Neft Şirkətinin rolundan bəhs edib.

Ölkəmizdə davamlı olaraq həyata keçirilən gənclər siyasətindən söhbət açan ARDNŞ-in prezidenti gənc nəslin ictimai fəallığının artırılması, onun enerji və potensialından daha effektiv istifadə edilməsi, gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində yaradılmış imkanlardan söhbət açıb. Qeyd olunub ki, bu istiqamətdə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” və “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət proqramları qəbul edilib, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılıb.

Azərbaycanda keçirilən beynəlxalq mötəbər idman və intellektual yarışlarda gənclərin əldə etdikləri uğurları yüksək qiymətləndirən R.Abdullayev enerji ehtiyatlarından əldə olunan gəlirlərin insan kapitalının inkişafına yönəldilməsi nəticəsində ölkəmizin davamlı inkişafının təmin olunduğunu vurğulayıb. Qarşıdakı illərdə şirkətin həyata keçirəcəyi layihələrdən danışan ARDNŞ-in prezidenti həmin layihələrin uğur qazanması üçün müasir biliklərə yiyələnmiş gənc kadrlara böyük ehtiyac olduğunu söyləyib.

Bildirilib ki, şirkət fəhlə kadrlarının hazırlanması istiqamətində də mühüm addımlar atıb. Bu gün neft sənayesi üçün lazım olan fəhlə kadrlarının 80 faizi ARDNŞ-in təlim, tədris və sertifikatlaşdırma idarəsinin nəzdində fəaliyyət göstərən beş təlim-tədris mərkəzində hazırlanır. İndiyədək bu mərkəzlərdə 41 min müdavim ixtisasartırma, ikinci peşəyə yiyələnmə, yenidən hazırlanma kurslarına cəlb olunub. 1055 gənc isə peşə hazırlığı keçərək Dövlət Neft Şirkətinin müxtəlif müəssisələrində işlə təmin edilib.

Vurğulanıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən ARDNŞ-də ehtiyac duyulan ixtisaslar üzrə azərbaycanlı gənclərin xarici ölkə universitetlərində təhsilinin təşkil olunmasına 2006-cı ildən başlanılıb. İndiyədək 250 gəncin Böyük Britaniya, Almaniya, Fransa, ABŞ, Norveç, Kanada, Türkiyə, Avstriya, İsveç, Rusiya, Malta kimi ölkələrin ən nüfuzlu universitetlərində təhsili maliyyələşdirilib, onların 199 nəfəri təhsilini başa vuraraq geri qayıdıb və Dövlət Neft Şirkətində işlə təmin olunub.

R.Abdullayev Azərbaycanda fəaliyyət göstərən ali məktəblərin tələbələrinə müsabiqə əsasında verilən ARDNŞ təqaüdlərinin də gənclər arasında xüsusi rəğbət doğurduğunu qeyd edib. Bildirilib ki, indiyədək keçirilmiş 17 seçim müsabiqəsində Azərbaycan universitetlərinin 13 mindən artıq əlaçı tələbəsi iştirak edib. Onlardan 1681-i ARDNŞ təqaüdünə layiq görülüb. 2009-cu ildən etibarən təhsilini təqaüdçü kimi başa vuran məzunlarla yanaşı, təqaüd müsabiqələrində fərqlənənlərə də işə qəbul zamanı üstünlük verildiyini deyən ARDNŞ-in prezidenti indiyədək bu yolla 161 nəfərin işə qəbul olunduğunu bildirib.

Qeyd edilib ki, şirkət üzrə kadrların keyfiyyət tərkibində müsbət dəyişikliklər baş verib, qısa müddət ərzində işçilərin ümumi sayında gənclərin xüsusi çəkisi artıb. 2014-cü ildə həm ARDNŞ-in struktur bölmələrinin idarəetmə aparatında, həm də baş ofisdə çalışan gənclərin sayı 2005-ci illə müqayisədə təxminən 2 dəfəyədək çoxalıb. Gənclər bu gün şirkətin baş ofisində ümumi işçilərin 23 faizini, 35 yaşına qədər olan əməkdaşlar isə 43,7 faizini təşkil edir.

Tədbirdə çıxış edən insan resursları departamentinin rəisi Asif Bəkirli ARDNŞ-in gənclərlə bağlı gördüyü işlər bərədə statistikanı iştirakçıların diqqətinə çatdırıb.

Sonra ARDNŞ-in həyata keçirdiyi kadr hazırlığı proqramları haqqında qısa film nümayiş etdirilib.

Tədbirdə ARDNŞ-in birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və başqaları çıxış edərək Dövlət Neft Şirkəti tərəfindən gənclərə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, neft-qaz sənayesinin inkişaf perspektivləri haqqında fikirlərini söyləyiblər.

Sonda “SOCAR Yay Məktəbi 2014” layihəsində birinci yeri tutan komandanın üzvlərinə sertifikatlar və ilk dəfə ARDNŞ-in təqaüdünə layiq görülən tələbələrə plastik bank kartları təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Britaniya alimləri xərçəngin müalicəsində mühüm addım atıblar

İngiltərə və Uelsdə oğurluq halları rekord həddə çatıb

Romada “Agdam delenda est. Images from Karabakh” adlı foto kitabın təqdimatı olub

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB

Üç ayda 38,9 min nəfərdən çox şəxsə sosial müavinət və təqaüd təyin olunub

Tanzaniyada daşqınlar 155 nəfərin həyatına son qoyub

Yığmanın məşqçisi: Azərbaycanda akrobatika gimnastikasına olan maraq bizi sevindirir

Milli Oftalmologiya Mərkəzi və Dəmiryol Səyyar Klinikası Balakəndə tibbi aksiya keçirəcək

Qazaxıstan TDT ölkələrinin kosmik sahədə əməkdaşlığını dəstəkləyir

UNICEF: Filippin eyni vaxtda bir neçə epidemiya ilə mübarizə aparır

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb

Azərbaycan və Qırğızıstan prezidentlərinin Füzuli-Ağdam səfərləri siyasi mesaj ehtiva edən həmrəylik göstəricisidir ŞƏRH

Azərbaycanın mozaika irsi: rəmzlər və süjetlər

AzMİU-nun qadın əməkdaşlarının yaradıcılıq sərgisi açılıb

Qazaxıstan transəfqan dəmir yolunun tikintisində iştirak etməyə hazırdır

Xocalıda insan qalıqları aşkarlanıb VİDEO

Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nigeriyada yüzdən çox məhbus həbsxanadan qaçıb

AzTU-da gənc alimlər üçün seminar keçirilib

“Tesla” insanabənzər “Optimus” robotlarının satışına başlayacaq

ABŞ Dövlət katibi Antoni Blinken Pekinə gəlib

“Milli Azərbaycan Tarixi Muzeyinin arxeoloji silah kolleksiyası” – seminar

“Azərkosmos”un rəhbəri beynəlxalq konfrans iştirakçılarını ölkənin kosmik sahədə prioritetləri haqqında məlumatlandırıb

Fuat Oktay: Bakıda keçirilən toplantının əməkdaşlığımıza töhfə verəcəyinə inanırıq

Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə I sinfə qəbulla bağlı 27 alternativ qeydiyyat mərkəzi yaradılıb

“Qəbələ”nin hücumçusu Türkiyədə əməliyyat olunub

Səməd Seyidov: Türk dünyası böyük bir fenomenə çevrilib

“Code For Future”nin məzunu olan AzMİU tələbələrinə diplom və sertifikatlar verilib

Bakıda dünya qastroenteroloqlarının iyirminci beynəlxalq konqresi işə başlayıb - YENİLƏNİB

Mehmet Süreyya Er: Türk dünyasında sürətlə inkişaf edən əməkdaşlıq zamanın tələbidir

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı”nın nəticələri açıqlanıb

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar YENİLƏNƏCƏK

Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ikinci iclası Türkiyədə keçiriləcək

Yaylaqlara köç edəcək fermerlər üçün mina təhlükəsizliyi ilə bağlı təlimlər başa çatıb

Vergi orqanlarına vətəndaş müraciətlərinin sayı azalıb

Qırğız parlamentarisi: Türk dövlətləri arasında əlaqələr intensivləşir

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər YENİLƏNƏCƏK

İİTKM-də türk dünyasının iqtisadi potensialının araşdırılması barədə özbək nümayəndə heyəti məlumatlandırılıb

Bolqarıstan parlamenti spikeri istefaya göndərib

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar YENİLƏNƏCƏK

Nazir: Bu ildən Azərbaycan qazının Macarıstana tam təchizatına başlanılıb

Azərbaycan üzgüçüsünün “Paris-2024”də iştirakı üçün Beynəlxalq Paralimpiya Komitəsinə müraciət olunub - EKSKLÜZİV

AQTA COP29-la bağlı keçirdiyi monitorinqdə 93 müəssisədə nöqsanlar aşkarlayıb

Yasemi Öztürk: Ölkələrimiz arasında əlaqələr Qarabağ Zəfərindən sonra daha dinamik xarakter alıb

Məktəblilər süni intellektin coğrafiyada rolu barədə məlumatlandırılıb

Macarıstan XİN: Qarabağın minalardan təmizlənməsi üçün dəstək verməyə hazırıq

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 31 dərəcə isti olacaq

Dilorom Favziyeva: Bakıda toplanmağımız birliyimizin, dostluğumuzun bariz nümunəsidir

Bürünc medalçı: Növbəti mövsüm də yüksək yerlər uğrunda mübarizə aparacağıq

“Olum və ya olum?”, Cakomo Kazanova Azərbaycanda

Roma Papası Ukrayna ilə bağlı danışıqlara başlamağa çağırıb

Müasir dünyada iqtisadi münasibətlərin hüquq müstəvisində tənzimlənməsi əhəmiyyətli xarakter daşıyır

İqlim dəyişmələri ilə bağlı beynəlxalq mübahisələrin sayı getdikcə artacaq

Sabunçuda qızıl dükanını talayan və çətənə kolları əkən şəxslər saxlanılıblar

Komitə sədri: Azərbaycanın əsas prioritetlərindən biri Türk dövlətləri ilə əlaqələrin gücləndirilməsidir

Azərbaycanın turizm potensialı İordaniyada təqdim olunub

Bu gün dünyada dörd əlamətdar gün qeyd olunur

Baş Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayan media subyektlərinə müraciət edib

Fuat Oktay: Türk dövlətlərinin bir araya gəlməsində məqsəd sülhü dəstəkləməkdir

Hindistanın Racastan ştatında PUA qəzası baş verib

Vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Çin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesindəki tərəqqini alqışlayır

Şərqşünas alimin məqaləsi Almaniyada beynəlxalq indeksli jurnalda dərc olunub

Prezident İlham Əliyev və Prezident Sadır Japarov Ağdam Cümə məscidinin bərpadan sonra açılışında iştirak ediblər YENİLƏNƏCƏK

Adəm İsmayıl Bakuvinin “Məhşər Divanı: Yalanın 17 anı” kitabının təqdimatı olub

Aprelin 25-i Ümumdünya Malyariya ilə Mübarizə Günüdür

Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir

Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb

Bakıdakı üç məktəbdə nöqsanlar aşkarlanıb

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilir

Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK

“LG Electronics”in əməliyyat mənfəəti üç ayda 10,8 faiz azalıb

Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transformasiya istiqamətində əməkdaşlıq müzakirə edilib

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır

BDU-da “Ulu Öndər Heydər Əliyev Azərbaycanın ekoloji siyasətinin banisidir” adlı tədbir keçirilib

Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları ilə bağlı bəyanat yayıb

Çində növbəti “Azərbaycan Ticarət Evi”nin açılışı olub

Musa Qurbanlı: Yayda hansı variantın daha yaxşı olduğuna baxacağam

Solçu partiyanın Stokholmdakı görüşü hücuma məruz qalıb

Mayın 1-dən balıq ovuna moratorium qüvvəyə minir

Kinomuzun Babəki məktəblilərlə görüşəcək

Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb

Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb

Türkmən şairi Məhtimqulu Fəraqinin 300 illiyi UNESCO-da sərgi və musiqi konserti ilə qeyd olunub

“Hizbullah” İsrailə qarşı keçirdiyi əməliyyatların sayını açıqlayıb

Assosiasiya sədri: Azərbaycanda arbitraj sisteminin yaradılması beynəlxalq nizama da töhfə verəcək

Macarıstan Azərbaycandan qaz tədarükünü artırmaq istəyir

ADNSU-da COP29 çərçivəsində beynəlxalq konfrans işə başlayıb

Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcəyi tarix açıqlanıb

Bakıda "Yaşıl dünyamız gözlərə nur verən elmin işığında” mövzusunda elmi konfrans keçirilir

Argentina hökuməti dövlət universitetlərini maliyyələşdirilməyəcək

Səidə Şəfiyeva: Mətbuat xidmətlərinin rəhbərləri üçün keçirilən tədbirlərə xarici ekspertlər cəlb olunub

“Məşğulluğa Dəstək Layihəsi” ilə bağlı daha iki rayonda ictimai dinləmələr keçiriləcək

Nazir: Azərbaycanla enerji sahəsində əməkdaşlıq Macarıstanın enerji təhlükəsizliyini artırır

Nazir: Azərbaycanla Macarıstan arasında ticarət dövriyyəsi 40 faiz artıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Macarıstanın xarici işlər və beynəlxalq ticarət naziri ilə görüşüb

Azərbaycanda dövlət səfərində olan Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gəlib VİDEO

Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib

Şimali Makedoniyada prezident seçkilərində müxalif namizəd liderlik edir