REGİONLAR
REGİONLARDA KƏND TƏSƏRRÜFATI XİDMƏT MƏRKƏZLƏRİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, respublikamızda fəaliyyət göstərən Aqro İnformasiya Mərkəzi (AİM) və ABŞ-ın Uşaqların Xilası Təşkilatı bp-nin maliyyə dəstəyi ilə Bakı-Tbilisi-Ceyhan neft kəməri boyunca reallaşdırılan Gələcək İcmalar Proqramı (bp-GİP) çərçivəsində Hacıqabul, Kürdəmir, Ucar və Ağdaşda fermerlərə kömək məqsədi ilə kənd təsərrüfatının inkişafı istiqamətində layihə həyata keçirir.
Layihənin məqsədi Kürdəmir və Ucar rayonlarında icma əsaslı kənd təsərrüfatı xüdmət mərkəzləri yaratmaqla icma üzvlərinə və fermerlərə kənd təsərrüfatı sahəsində davamlı məsləhət və informasiya xidmətləri göstərməkdir. Artıq Kürdəmir və Ucar rayonlarında hazırlıq işləri tamamlanmış, mərkəzlər fəaliyyətə başlamışdır.
Hazırda fəaliyyət göstərən hər iki xidmət mərkəzi tərəfindən regionda bitkiçiliyin inkişaf etdirilməsi üçün toxum bankı və heyvandarlığın inkişafına dəstək olaraq süni mayalandırma mərkəzləri yaradılmışdır. Zəruri informasiyaların çatdırılması sahəsində xidmətlər göstərilir.
Bütün bunlardan əlavə mərkəzlərdə yerlərdəki maraqlar nəzərə alınmaqla kompyuter və ingilis dili kursları da təşkil edilmişdir.