REGİONLAR
RESPUBLİKA KOMİSSİYASI TƏRƏFİNDƏN 371.370 İSTEHSALÇIYA 42 MİLYON 191 MİN MANAT YARDIM VERİLMƏSİ QƏRARA ALINMIŞDIR
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, avqustun 24-də kənd təsərrüfatı məhsullarının istehsalçısı olan hüquqi və fiziki şəxslərə hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və mühərrik yağlarına görə dövlət tərəfindən büdcə vəsaiti hesabına 40 manat yardım verilməsi, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən istehsalçılara satılan mineral gübrələrin dəyərinin orta hesabla 50 faizinin dövlət tərəfindən ödənilməsinin təmin edilməsi üzrə Respublika Komissiyasının növbəti iclası keçirilmişdir.
İclasda işçi qrupunun gördüyü işlər və 7 rayonun əlaqədar komissiyalarının təqdim etdiyi materiallar barədə Komissiyanın sədri – kənd təsərrüfatı naziri İsmət Abasova məlumat verilmişdir.
Qeyd olunmuşdur ki, qısa müddətdə 59 rayonun yardıma təqdim etdiyi materiallara baxılmış, cəmi 371 min 370 istehsalçıya 42 milyon 191 min manat yardım verilməsi qərara alınmışdır.