SİYASƏT
RF Dövlət Dumasının sədri həmvətənimizi Fəxri fərmanla mükafatlandırıb
Moskva, 22 may, AZƏRTAC
RF Dövlət Dumasının sədri Sergey Narıskinin qərarı ilə Rusiyanın Əməkdar İnşaatçısı, Moskva vilayətinin Domodedovo şəhər dairəsinin Deputatlar Sovetinin deputatı, Moskva vilayəti üzrə Azərbaycan diasporunun rəhbəri Əlizaman Rəhimov RF Dövlət Dumasının “Parlamentarizmin inkişafında xidmətlərə görə” Fəxri fərmanı və nişanı ilə mükafatlandırılıb.
Qərarda deyilir ki, Ə.Rəhimov bu yüksək mükafata Rusiya Federasiyasının qanunvericiliyinin inkişafına əhəmiyyətli töhfəsinə görə layiq görülüb.
Dövlət Dumasının “Yedinaya Rossiya” partiyasından deputatı Sergey Popov mükafatı təqdim edərkən qanunvericiliyin inkişafında Ə.Rəhimovun xidmətlərini və onun Domodedovo şəhərinin infrastrukturunun inkişafına böyük töhfəsini vurğulayıb.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva