SİYASƏT


RF Jurnalistlər İttifaqının katibi: Ümidvaram ki, ÜAK-ın ləğv edilməsi barədə qərara yenidən baxılacaq

Moskva, 16 may, AZƏRTAC

Rusiya Jurnalistlər İttifaqının katibi, RF-nin Əməkdar Mədəniyyət İşçisi, Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) rəyasət heyətinin üzvü Rafael Hüseynov AZƏRTAC-ın müxbirinə müsahibəsində Rusiya Ali Məhkəməsi tərəfindən ÜAK-ın ləğv edilməsi ilə əlaqədar dərindən təəssüfləndiyini bildirib.

Rusiya Jurnalistlər İttifaqının katibi eyib: “ÜAK Rusiya ilə Azərbaycan arasında münasibətlərin möhkəmlənməsində böyük rol oynayıb. Rusiya vətəndaşları olan azərbaycanlılar istər Sovet İttifaqının, istərsə də müasir Rusiyanın iqtisadiyyatına, xalq təsərrüfatına, mədəniyyətinə, təbabətinə çox böyük töhfə veriblər. Ümidvaram ki, ÜAK-ın ləğv edilməsi barədə qərara yaxın vaxtlarda yenidən baxılacaq”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.