SİYASƏT
RİA Novosti: Prezident Vladimir Putin Rusiya telekanallarını birinci Avropa Oyunlarına kifayət qədər diqqət yetirmədiklərinə görə tənqid edib VİDEO
Bakı, 3 iyun, AZƏRTAC
“RİA Novosti”nin məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin ölkəsinin televiziya kanallarını əsas idman hadisələri, xüsusilə də Bakıda keçiriləcək ilk Avropa Oyunlarına kifayət qədər diqqət yetirmədiklərinə görə tənqid edib.
Prezident Vladimir Putin bədən tərbiyəsi və idmanın inkişafı üzrə şuranın toplantısında çıxışında deyib: “Bu, necə ola bilər? Rusiya Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov mənə yazılı şəkildə bildirib ki, ölkənin kütləvi informasiya vasitələri Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarını işıqlandırmaq istəmir. Heç bir kanal? Axı, bu, necə ola bilər? Bu, dünya miqyasında bir yarışdır. Mən anlayıram, büdcə ilə bağlı məhdudiyyətlər var. Amma vacib məsələlər var. Bu, dünya idman tarixinə düşəcək hadisədir. Tarixdə Olimpiya Oyunlarına bərabər olan ilk Avropa Oyunlarıdır”.
Rusiya Prezidenti prioritetləri müəyyən etməyin vacibliyini bildirib.