CƏMİYYƏT


RİİB və Təhsil Nazirliyi yeni tədris ili ərəfəsində regionlarda məktəblilərə çanta və dərs ləvazimatı hədiyyə edib

A+ A

Bakı, 10 sentyabr, AZƏRTAC

Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi (RİİB) yeni tədris ili ərəfəsində birinci sinfə hazırlaşan 600-dən çox uşağa məktəbli forması və dərs ləvazimatı hədiyyə edib.

Hədiyyələr aztəminatlı ailələr, eləcə də Ermənistanın Azərbaycana təcavüzü nəticəsində daimi yaşayış yerlərini tərk etmiş qaçqın və məcburi köçkün ailələrindən olan birinci sinif şagirdlərinə təqdim olunub.

Uşaqlar üçün hazırlanan çantalara fənlər üzrə dəftərlər, rəsm albomu, rəngli karandaşlar, qələmlər, boya, plastilin, qayçı və digər məktəb ləvazimatları daxildir.

Tədbir Cənub, Şimal-Qərb, Dağlıq Şirvan, Aran regionları üzrə 25 rayondan olan uşaqları, həmçinin Sumqayıt şəhərində, Abşeron rayonunun Ramana və Masazır qəsəbələrində məcburi köçkünlər üçün fəaliyyət göstərən məktəb və liseylərin şagirdlərini əhatə edib.

Xatırladaq ki, “Regional İnkişaf” İctimai Birliyi fəaliyyəti çərçivəsində, həmçinin regionlarda valideyn himayəsindən məhrum, xüsusi qayğıya ehtiyacı olan, eləcə də sağlamlıq imkanları məhdud uşaqların dünyagörüşlərinin və praktiki biliklərinin artırılması, gənclərin dövlətimizin bugünkü və gələcək prioritetləri üzrə birgə fəaliyyət göstərməsinə imkanlar yaradılması, təhsil almaq şəraitlərinin yaxşılaşdırılması, cəmiyyətə aktiv inteqrasiyasının təmin edilməsi işinə dəstək məqsədilə layihələr həyata keçirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.