ELM VƏ TƏHSİL
RİMM Rusiya ali məktəblərinə abituriyentlərin ilkin seçimini elan etdi
RİMM-dən AZƏRTAC-a bildirilib ki, “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyinin saytında (www.aze.rs.gov.ru) bu haqda daha ətraflı məlumat almaq olar.
Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi arzu olunan ixsisası və müvafiq ali məktəbi vaxtında seçməyin əhəmiyyətini nəzərə alaraq, 2015-ci ildən Rusiyanın bu və ya digər ali məktəbində təhsil almağı arzu edən potensial abituriyentlərdən anketlərin qəbuluna başlayıb.
Bu il Azərbaycandan olan 157 gənc oğlan və qız artıq Rusiya büdcəsinin hesabına Rusiyanın ali məktəblərinə daxil olub. Onlardan 33 nəfəri tibb profilli ixtisasları, 40 nəfəri iqtisadi, 56 nəfəri humanitar və 28 nəfəri texniki profilli ixtisasları seçiblər. Azərbaycanlı tələbələrin daxil olduqları ali məktəblərin coğrafiyası keçən illərlə müqayisədə əhəmiyyətli dərəcədə genişlənib. Onların seçdiyi ali məktəblər Həştərxan, Belqorod, Veiliy Novqorod, Volqoqrad, Voronej, İvanovo, Kazan, Kaluqa, Krasnodar, Maykop, Mahaçqala, Moskva, Nalçik, Perm, Rostov-Don, Ryazan, Samara, Sankt-Peterburq, Saratov, Stavropol, Tver, Tümen, Ufa, Şuya və Yaroslavl şəhərlərində yeləşir.
Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, 9.835 tələbə dövlət universitetlərində, 3.008 nəfər isə özəl ali məktəblərdə təhsil alıb. Tələbələrin böyük əksəriyyəti – 7.466 nəfəri təhsilin qiyabi formasını, 4997-si əyani, 255 nəfəri əyani-qiyabi (axşam) formasını seçib, 125 nəfər ekstern yolu ilə təhsil alıb.
Rusiyanın ali məktəblərində təhsil alan tələbələrin ümumi sayına görə Azərbaycan MDB ölkələri arasında beşinci yeri tutur. Rusiyada təhsil almaq üçün daha çox tələbə Qazaxıstan, Belarus, Türkmənistan və Özbəkistandan gəlir.
Azərbaycan Təhsil Nazirliyinin saytında yerləşdirilmiş məlumata görə, son illərdə ölkəmiz üçün ən prioritetli ixtisaslar bunlardır: baytarlıq, biologiya, biznesin idarə edilməsi, fizika, iqtisadiyyat, informasiya texnologiyaları, insan resurslarının idarə edilməsi, kənd təsərrüfatı, kimya, klassik musiqi, qədim dillər, mühəndislik, nanotexnologiyalar, neft sənayesi, riyaziyyat, idarəçilik, tibb və turizm.