RƏSMİ SƏNƏDLƏR
R.S. Tağıyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan dekorativ-tətbiqi sənətinin inkişafında xidmətlərinə görə Röya Seyfəddin qızı Tağıyeva “Şöhrət” ordeni ilə təltif edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 yanvar 2015-ci il.