İQTİSADİYYAT
RUMINİYADA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ ANILMIŞDIR
Azərbaycanın Rumıniyadakı səfiri E.Həsənov azərbaycanlıların soyqırımı tarixi, ermənilərin 1905-1907-ci, 1918-ci illərdə Bakı, Şamaxı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiədzin, Cavanşir, Qazax, Quba, Muğan və Lənkəran bölgələrində törətdiyi vəhşiliklərdən danışmışdır.
Ermənistanın Azərbaycana təcavüzü, bunun acı nəticələri, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı və terrorçuluq siyasəti konkret faktlarla diqqətə çatdırılmışdır.
Tədbirdə ümummilli liderimiz Heydər Əliyevin 31 martın azərbaycanlıların soyqırımı günü kimi qeyd olunmasına dair Fərmanın tarixi əhəmiyyəti vurğulanmış, toplantı iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin soyqırımı günü ilə əlaqədar xalqımıza müraciəti barədə geniş məlumat verilmişdir.
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyətinin, Azərbaycan-Rumıniya Mədəniyyət və Gəndər Assosiasiyasının, Rumıniya-Azərbaycan İş Adamları Dərnəyinin üzvləri, Rumıniya parlamentinin deputatları və digərləri toplantıda çıxış etmişlər. Çıxışlarda azərbaycanlıların soyqırımı, soydaşlarımızın deportasiyası, 20 Yanvar hadisələri, Xocalı faciəsi, Ermənistanın Azərbaycana təcavüzünün mahiyyəti barədə həqiqətlərin dünya, o cümlədən Rumıniya ictimaiyyətinə çatdırılmasına dair fikirlər və təkliflər səslənmişdir.