Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

RUSİYA FEDERASİYASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB VLADİMİR PUTİNƏ

Hörmətli Vladimir Vladimiroviç,

Qroznı şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni ürəkdən kədərləndirdi.

Baş vermiş terror əməlini qətiyyətlə pisləyir, Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 dekabr 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin