REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Ağcabədidə vətəndaşlarla görüşəcək

A+ A

Bakı, 25 oktyabr, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə oktyabrın 28-də saat 12.00-da Ağcabədi şəhərində Ağcabədi, Beyləqan, Zərdab, Füzuli, İmişli və Xocavənd rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 5983818 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Ağcabədi rayonunda (02127) 55299, Beyləqan rayonunda (02122) 53233, Zərdab rayonunda (02029) 64299, Füzuli rayonunda (02631) 55160, İmişli rayonunda (02124) 64366, Xocavənd rayonu üzrə (02122) 35448 əlaqə nömrələrinə zəng etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.