İQTİSADİYYAT
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Siyəzəndə vətəndaşları qəbul etmişdir VİDEO
Siyəzən, 24 may (AZƏRTAC, Elxan Yusifli). Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Siyəzəndə bu rayondan, eləcə də Şabran və Xızı rayonlarından olan vətəndaşları qəbul etmişdir.
Vətəndaşların müraciət və təklifləri əsasən əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, rabitə, televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, işlə təminat və digər məsələlərlə bağlı olmuşdur. Müraciətlərin bir qismi yerindəcə həllini tapmışdır.
Nazirliyin idarə rəislərinin, struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda nazir Əli Abbasov vətəndaşların təklifləri və qaldırdıqları məsələlərlə bağlı müvafiq göstərişlər vermişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan məsələlər isə aidiyyəti orqanlara çatdırılmaq üçün qeydiyyata alınmış və nəzarətə götürülmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:13]
® “Bakcell” bütün ölkəni bulvardakı konsertə çağırır
- 24.04.2024 [18:57]
Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur
- 24.04.2024 [18:31]