REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Gəncədə vətəndaşlarla görüşəcək

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə avqustun 22-də saat 13.00-da Gəncə şəhərində Gəncə, Naftalan şəhərləri, Goranboy, Samux, Daşkəsən, Göygöl və Kəlbəcər rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşlarla görüşəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlar “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar Gəncə şəhərində (02225) 71617, Naftalan şəhərində (02235) 22106, Goranboy rayonunda (02224) 53106, Samux rayonunda (02227) 51605, Daşkəsən rayonunda (02221) 53020, Göygöl rayonunda (02220) 55013 və Kəlbəcər rayonu üzrə (02226) 75099 nömrələri ilə əlaqə saxlaya bilərlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.