REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri Göygöl şəhərində vətəndaşları qəbul edəcək
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov sentyabrın 17-də saat 11:30-da Göygöl şəhərində vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qəbulda Gəncə, Naftalan şəhərlərində, Göygöl, Goranboy, Samux, Daşkəsən və Kəlbəcər rayonlarında əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti, bu sahədə bölgələrdə sakinləri maraqlandıran məsələlərlə bağlı vətəndaşların müraciətləri dinləniləcək.
Vətəndaşlardan "[email protected]" elektron poçt ünvanı, 1655 saylı "Qaynar xətt", 598 38 18 nömrəli (regionlardan edilən zənglər pulsuzdur) telefon vasitəsilə əlaqə saxlayıb qəbula yazılmaları xahiş olunur.
Eyni zamanda qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Göygöl rayonunda 205-24-24, Gəncə şəhərində 267-10-59, Naftalanda 352-21-06, Goranboy rayonunda 245-23-99, Samuxda 275-16-05, Daşkəsən rayonunda 215-30-20 və Kəlbəcər rayonu üzrə 267-50-99 nömrəli telefonlara zəng etmələri xahiş olunur.