REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Neftçalada vətəndaşlarla görüşəcək

Bakı, 6 dekabr, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə dekabrın 9-da saat 12:00-da Neftçala şəhərində Neftçala, Salyan, Biləsuvar, Cəlilabad və Cəbrayıl rayonlarından olan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar, zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün Neftçala rayonunda (02126) 33628, Salyan rayonunda (02125) 50615, Biləsuvar rayonunda (02529) 51335, Cəlilabad rayonunda (02524) 52248, Cəbrayıl rayonu üzrə isə (02638) 43799 nömrələri ilə əlaqə saxlamaq olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.