REGİONLAR


Rabitə və yüksək texnologiyalar naziri Şəmkirdə vətəndaşlarla görüşəcək

A+ A

Bakı, 23 sentyabr, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə sentyabrın 30-da saat 15.00-da Şəmkir şəhərində Şəmkir, Tovuz, Ağstafa, Qazax və Gədəbəy rayonlarında yaşayan əhaliyə göstərilən telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətlərinin keyfiyyəti, xidmət mədəniyyəti və bu sahədə bölgələrdə əhalini maraqlandıran digər məsələlərlə bağlı vətəndaşları qəbul edəcək.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, vətəndaşlardan “[email protected]” elektron poçt ünvanı, 1655 “Çağrı Mərkəzi”, (012) 598 38 18 nömrəli telefon vasitəsilə (regionlardan edilən zənglər pulsuzdur) əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Eyni zamanda, qəbula gəlmək istəyən vətəndaşlar zərurət yaranarsa, yaşadıqları ərazinin poçt və telefon qovşaqları tərəfindən nəqliyyat vasitələri ilə təmin olunacaqlar. Bunun üçün vətəndaşlar Şəmkir rayonunda (02230) 53049, Tovuz rayonunda (02231) 53599, Ağstafa rayonunda (02222) 52995, Qazax rayonunda (02229) 50863, Gədəbəy rayonunda isə (02232) 60004 nömrəli telefonlara zəng edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.