REGİONLAR


Rabitə və yüksək texnologiyalar nazirinin Qəbələdə keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cı ilin iyulda şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, iyulun 15-də Qəbələ şəhərində Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarının sakinləri ilə keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, vətəndaş qəbulunun iyul ayı üzrə keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.