İQTİSADİYYAT
Rabitə xidmətləri üzrə borcla bağlı arayışı elektron xidmət vasitəsilə əldə etmək mümkündür
Bakı, 31 avqust, AZƏRTAC
"Elektron hökumət" portalının (https://www.e-gov.az) təqdim etdiyi "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış"ı onlayn formalaşdırmaq mümkündür.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunun üçün "Elektron hökumət" portalına girişin (kod/parol) olması kifayətdir.
Təqdim olunan elektron arayışda sənədin nömrəsi, verilmə tarixi, vətəndaşın tam adı, qeydiyyatda olduğu ünvan, ünvanda qeydiyyatda olan telefon nömrəsi və hansı tarixə rabitə borcunun olmaması barədə məlumatlar öz əksini tapacaq. Arayışın həqiqiliyi QR-kod və ştrix kod ilə təsdiqlənir, mövcudluğu isə portal üzərindən "Elektron arayışların yoxlanılması" xidməti vasitəsilə yoxlanıla bilər.
Ötən ay ərzində "Elektron hökumət" portalı vasitəsilə "Rabitə xidmətlərinə görə borcun olmaması barədə arayış" elektron xidmətindən 1064 dəfə istifadə edilib.