İQTİSADİYYAT
“Rabitəbank” “AzeriCard” prossessinq mərkəzinin onlayn-ödəmə sisteminə qoşulub
Bakı, 10 avqust, AZƏRTAC
“Rabitəbank” ASC “AzeriCard” ilə birlikdə müştərilərin rahatlığını təmin etmək məqsədilə onlayn kredit ödəniş xidmətini müştərilərin istifadəsinə verib.
Bankdan AZƏRTAC-a bildiriblər ki, indi bankın müştəriləri banka gəlmədən onlayn rejimdə kredit ödənişlərini və hesaba mədaxili rahat şəkildə həyata keçirə bilərlər. Bunun üçün bankın rəsmi saytına www.rabitabank.com daxil olaraq hər növ onlayn ödənişləri həyata keçirmək mümkündür.
Kredit ödənişini və hesaba mədaxili “Visa”, “Visa Electron”, “MasterCard” və “Maestro” bankın plastik kartları vasitəsilə keçirilir. “Rabitəbank”ın müştərilərinin təhlükəsizliyi onlayn ödəniş zamanı “3D Secure” sistemi tərəfindən qorunur. Bunun üçün www.azericard.com dan bu xidmətə qoşulmaq lazımdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]