İQTİSADİYYAT
“Rabitəbank” “Barat” daxili pulköçürmə sistemini tətbiq edib
Bakı, 27 avqust, AZƏRTAC
“Rabitəbank” ASC “Barat” daxili pulköçürmə sistemini tətbiq edib.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, istənilən şəxs “Rabitəbank” ASC–nin “Barat” daxili pul köçürmələrini eManat terminallarının geniş şəbəkəsi vasitəsilə bir neçə dəqiqə ərzində həyata keçirə bilər.
Ölkə daxilində pul köçürmək üçün artıq banka gəlib hesab açmağa ehtiyac qalmadı. Çünki “Rabitəbank” əhalinin rahatlığını təmin etmək məqsədilə ölkə daxilində 24 saat istәnilәn eManat terminalları vasitəsilə pul vəsaitlərini təcili köçürmək imkanı verir. İstənilən fiziki şəxs eManat terminalından manat valyutası ilә Bakı və ölkə üzrə 14 şəhərə pul köçürmәsini həyata keçirə bilər.
Göndərilən məbləği bankın istənilən filialından əldə etmək mümkündür.
Maksimal köçürmə məbləği 2000 manat təşkil edir. "Barat" daxili pulköçürmə sistemi üzrə ətraflı məlumatı http://www.rabitabank.com/az/private_clients/regional_transfer link vasitəsilə əldə etmək olar.