İQTİSADİYYAT


“Rabitəbank” “PayPass” kartlarının emissiyasına başlayıb

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Rabitəbank” ASC kart sahiblərinə yüksək səviyyədə sürətli xidmət göstərmək məqsədilə “MasterCard” beynəlxalq ödəmə sistemi ilə birgə "PayPass" kartlarının emissiyasına başlayıb.

Bankdan AZƏRTAC-a verilən məlumata görə, indi “Rabitəbank”ın müştəriləri “MasterCard Debit Contactless”- təmassız kart vasitəsilə alış-verişə və xidmətlərə görə saniyələr içində ödəməni həyata keçirmək imkanı əldə edəcəklər.

“PayPass” kartları vasitəsilə müştərilər bankın kartını sadəcə olaraq terminala yaxınlaşdırmaqla təmassız qaydada ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

Qeyd edək ki, Mərkəzi Bankın qüvvədə olan qaydalarına əsasən təmassız aparılan hər ödənişin yuxarı limiti 20 AZN təsdiqlənib. Bu növ əməliyyatlar əsasən xırda ödənişlər (fast-fudda, restoranlarda, mağazalarda ödəniş) üçün istifadə edilir. Təmassız ödənişləri qəbul edən terminalların üzərində MasterCard PayPas loqotipləri qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.