İQTİSADİYYAT


“Rabitəbank” “SMS Notification” xidmətini təklif edir

Bakı, 10 oktyabr, AZƏRTAC

“Rabitəbank” ASC plastik kart sahiblərinə kartlarındakı vəsaitə nəzarət etmək və təhlükəsizliyini qorumaq üçün “SMS Notification” xidmətini təklif edir.

Bankdan AZƏRTAC-a bildiriblər ki, bu xidmət vasitəsilə müştərilər günün istənilən vaxtı ödəniş kartı ilə aparılan hər növ əməliyyatlar və kart hesablarında baş verən dəyişikliklər haqqında mobil telefona dərhal SMS-məlumat almaq imkanını əldə edəcəklər. “SMS Notification” xidmətindən əməkhaqqı kartı sahibləri də faydalana bilər.

Ətraflı məlumatı bankın 133 məlumat mərkəzindən və ya www.rabitabank.com saytından əldə etmək olar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.