İQTİSADİYYAT
“Rabitəbank” Visa Gold kart sahiblərini sevindirəcək
Bakı, 31 may, AZƏRTAC
“Rabitəbank” ASC-nin Visa Gold plastik kart istifadəçiləri aprelin 30-dan iyulun 31-dək keçirilən “Arzularınızın səyahətini qazanın” adlı stimullaşdırıcı lotereyada dəyərli hədiyyələr qazanmaq imkanı əldə edəcəklər.
Bankdan AZƏRTAC-a bildiriblər ki, stimullaşdırıcı lotereyada iştirak etməklə müştərilər hər biri 6350 AZN olmaqla, 6 səyahət vauçeri və “Sabina Perfumery&Cosmetics” mağazalar şəbəkəsində hər biri 50 AZN olan 120 vauçerdən birini əldə etmək şansını qazanacaqlar.
Visa Gold bank kartları ilə müştərilər Azərbaycan Respublikası ərazisində və ya ondan kənarda yerləşən istənilən ticari-xidmət müəssisəsində, həmçinin internet şəbəkəsində məhsullar və ya xidmətlər üzrə 50 AZN məbləğindən başlayan nağdsız əməliyyat aparmaqla lotereya iştirakçısı ola bilərlər.
Bunun üçün sadəcə POS-terminal vasitəsilə etdikləri ödənişin qəbzini saxlayıb və bu ödənişin detallarını www.visa.com.az saytında xüsusi xanada qeyd etməlidirlər.
Lotereyanın şərtləri haqqında daha ətraflı məlumatı aşağıdakı linkdən əldə etmək olar.
http://www.visa.com.az/az/ru-az/personal/promotions/pdf/visapremium-rules-az.PDF