İQTİSADİYYAT
“Rabitəbank” “Western Union ilə daha Varlı” adlı kampaniya keçirir
Bakı, 4 sentyabr, AZƏRTAC
“Rabitəbank” ASC “Western Union ilə daha varlı” adlı kampaniyaya başlayıb.
Bankdan AZƏRTAC-a verilən məlumata görə, sentyabrın 1-dən dekabrın 31-dək davam edəcək kampaniya çərçivəsində bankın xidmət şəbəkəsinə daxil olan 2 şöbə və 22 filial ofisində Western Union sistemi ilə dünyanın istənilən ölkəsinə nağd pul vəsaiti köçürən, habelə qəbul edən bütün müştərilər 100 dollar qazanmaq şansı əldə edəcəklər.
Kampaniyanın şərtlərinə əsasən əməliyyatların məbləğində və sayında heç bir məhdudiyyət yoxdur. İstənilən məbləğdə köçürmə edən və pul vəsaiti alan müştərilər “Facebook” sosial şəbəkəsində aktiv olan “MoneyTransferAzerbaijan” səhifəsində “Tətbiqetmədən istifadə et” düyməsini basmaqla qeydiyyatdan keçməlidirlər.
Kampaniya çərçivəsində hər biri dəyəri 100 dollar olan 120 mükafat oynanılacaq. Qaliblər püşkatma yolu ilə bu ilin oktyabr, noyabr və dekabr aylarının 5-də, 2016-ci ildə isə yanvar ayının 5-də seçiləcəklər.
Ətraflı məlumatı bankın 133 məlumat mərkəzindən və ya rəsmi internet ünvanından http://www.rabitabank.com/ əldə etmək olar.