İQTİSADİYYAT
“Rabitəbank” depozitlər üzrə faiz dərəcələrini 13 faizə qədər artırdı
Bakı, 3 mart, AZƏRTAC
“Rabitəbank” ASC martın 2-dən əmanətlərinin faiz dərəcələrini 13 faizədək artırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, 2 illik depozitlər üzrə faiz dərəcəsi manatla olan depozitlərdə 13 faiz, ABŞ dollarında olan depozitlərdə 12 faizədək artırılıb. 1 illik depozitlər üzrə faiz dərəcəsi manat depozitlərində 12,5 faiz, ABŞ dollarında olan depozitlərdə 11,5 faiz təşkil edib.
Müştərilər “Rabitəbank”da depozitləri 3, 6, 12 və 24 ay müddətinə, faizləri əvvəlcədən, aylıq, rüblük, 6 aydan bir, ildə bir dəfə və müddətin sonunda almaqla yerləşdirə bilərlər.
Depozit yerləşdirən hər bir müştəri faizlərin əldə olunması üçün pulsuz plastik kartı ala bilər.
Depozitlər üzrə ətraflı məlumatı bankın rəsmi saytından www.rabitabank.com və 133 nömrəsindən əldə edə bilər.