İDMAN


Radik İsayev Azərbaycan Prezidentinin xüsusi olimpiya təqaüdünə layiq görülüb

A+ A

Bakı, 1 sentyabr, AZƏRTAC

Azərbaycan Prezidenti İlham Əliyev Radik Veleddin İsayevə Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün verilməsi haqqında Sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, R.İsayev xüsusi olimpiya təqaüdünə XXXI Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında qazandığı yüksək nailiyyətə görə layiq görülüb.

Xatırladaq ki, taekvondoçu R.İsayev “Rio-2016”da milli komandamıza qızıl medal qazandırıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.