Radik İsayev ikinci dəfə Avropa çempionu titulunu qazanıb
Bakı, 13 may, AZƏRTAC
Rusiyanın Kazan şəhərində keçirilən taekvondo üzrə Avropa çempionatına mayın 13-də yekun vurulub.
AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günü Azərbaycan milli komandasının üzvü Radik İsayev Avropa çempionu olub.
Avropa Oyunlarının və IV İslam Həmrəyliyinin Oyunlarının qalibi, Avropa, dünya və Olimpiya çempionumuz, dünya kubokunun ikiqat sahibi olan Radik İsaev Rusiyadakı qitə çempionatında da qızıl medal qazanıb.
Rəqibləri olan Yunanıstan idmançısı Atanasios Nikoladis, rusiyalı Yuri Kiriçenka və Roman Kuznetsovu məğlub edən yığmamızın üzvü yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Beləliklə, millimiz bu Avropa çempionatında üçüncü medalını qazanıb.
Xatırladaq ki, mayın 10-da başlayan yarışların ilk günündə Patimat Abakarova, iki sonra isə Milad Beigi Hərçəqani bürünc medala sahib olmuşdular.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.09.2026 [13:12]
Polina Rəhimova milli komandadakı karyerasını başa vurub
- 02.09.2026 [12:23]
İslam Həmrəyliyi Oyunlarının qalibi olmuş basketbolçu “Naxçıvan”da işləyəcək
- 02.09.2026 [12:07]
Azərbaycan ağırlıqqaldıranı 3 il müddətinə cəzalandırılıb
- 02.09.2026 [11:40]
“Arsenal”ın sahibi idman imperiyasını genişləndirir: daha bir klub alır
- 02.09.2026 [11:28]
Lionel Messinin varisi müəyyənləşib
- 02.09.2026 [11:23]
“IRONMAN 70.3” yarışı 18 yaşından 80 yaşadək iştirakçıları bir araya gətirir
- 02.09.2026 [11:20]