İDMAN
“Radio 24”: Azərbaycan - idmanın yeni ünvanı
İtaliyanın “Radio 24” radiosunun saytında Azərbaycanda idmanın inkişafı ilə bağlı yazı yerləşdirilib.
Məqalədə vurğulanır ki, Azərbaycan artıq bütün Avropanın və dünyanın yeni idman məkanı kimi tanınır. Bu ölkə “Bakı 2015” ilk Avropa Oyunları, “Formula 1” üzrə Avropa Qran-pri yarışları və futbol üzrə “Avro-2020”nin final mərhələsinin matçları kimi mötəbər idman tədbirlərinə ev sahibliyi etməyə hazırlaşır.
Yazıda siciliyalı memar, Bakıda inşa olunan Olimpiya Stadionunun tikintisində iştirak edən Angelo Spampinatonun sözləri də yer alıb: “Təkcə idman sahəsində deyil, siyasi səviyyədə də Azərbaycan Avropanın yaxın tərəfdaşına çevrilməkdədir. Bakıdakı bu yeni stadiondan ilk Avropa Oyunları ilə yanaşı, “Avro-2020”nin final mərhələsinin matçlarında da istifadə olunacaq”.
Məqalənin tam mətnini aşağıdakı linkdə oxumaq olar:
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma