İQTİSADİYYAT
Radioelektron vasitələrin qanunsuz istifadəsinin qarşısı alınıb
Bakı, 5 sentyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən bu ilin 8 ayında təşkilat və müəssisələrdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilərək 336 akt tərtib edilib.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, texniki baxış zamanı 142 DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb. Onlardan 54-ü möhürlənib, 35-i qeydiyyata salınıb, 7-si silinib. Hazırda 46 REV-in qeydiyyata salınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]