Azərbaycan Dövlət İnformasiya Agentliyi

ANALİTİKA

Rafael Lemkinin altmış iki soyqırımı

Rafael Lemkinin altmış iki soyqırımı

2 may, Berlin, AZƏRTAC

Ermənilərin Birinci Dünya müharibəsindən xeyli əvvəl, müharibə illərində və sonrakı ilk illərdə onların bəşəriyyət əleyhinə cinayətlərini ört-basdır etməyə, habelə dünya ictimaiyyətinin şüurunda “günahsız qurban” obrazının kök salmasına yönələn çoxsaylı mifləri arasında çox az adamın bildiyi daha bir mif var.

Ermənilərə deyəndə ki, ilk dəfə yəhudi mənşəli polşalı hüquqşünas Rafael Lemkin tərəfindən İkinci dünya müharibəsi illərində işlədilmiş və “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalandırma haqqında Konvensiya” ilə birlikdə 1948-ci ildə BMT-nin Baş Məclisi tərəfindən qəbul edilmiş “soyqırımı” termini Birinci Dünya müharibəsi illərində mövcud olmayıb və deməli, retrospektivdə ondan istifadə olunması hüquqa və elmə ziddir, bir çoxları Lemkinin bu sözlərinə istinad edirlər ki, guya o, “ermənilərin başına gəldiyi üçün soyqırımı ilə maraqlanıb, sonra da Hitler oxşar cinayəti yəhudilərə qarşı törədib”.

Həqiqətən də İnternetdə R.Lemkinin 1949-cu ildə “CBS” kanalında çıxışının videosu dolaşır. O, bu videoda həmin sözləri deyir və ermənilər öz arqumentlərini belə əsaslandırırlar ki guya məhz ermənilərin faciəsi onu düşündürüb və bu termini icad etməyə məcbur edib.

Amma həqiqətin bir hissəsini demək, digər hissəsini isə gizlətmək axıradək dürüst olmaq demək deyil. İsrailli politoloq, Harvard Universitetinin məzunu, Yuta Universitetinin doktorantı Tal Buenos Nyu-York İctimai Kitabxanasının əlyazma və arxiv şöbəsində Rafael Lemkinin əlyazmalarını təfsilatı ilə öyrənib və aşkar etdiklərindən şoka düşüb. Sən demə, “soyqırımı” terminini ərsəyə gətirməyə Lemkini heç də təkcə Birinci Dünya müharibəsi illərində ermənilərin nümunəsi deyil, onlarca digər belə hallar ruhlandırıb. Məsələn, onun arxivindəki qalaq-qalaq kağızlar arasında 1950-ci illərdə yazılmış və nə üçünsə “Soyqırımının öyrənilməsinə giriş” kitabında yer almamış əlyazma tapılıb. O, əlyazmasında qədim əsrlərdən başlayıb, orta əsrlərdə davam edib yeni dövrdə başa çatan... 62 soyqırımı nümunəsi göstərib. Yeni tarixə aid edilən 41 soyqırımı nümunəsindən ibarət siyahıda ermənilərin faciəsi 39-cu nömrə ilə göstərilib! Halbuki yunanların türklərə qarşı soyqırımı doqquzuncu yerdədir. Yüz səhifə Belçika Konqosunda soyqırımına, 98 səhifə Amerika hindilərinin soyqırımına ( yeri gəlmişkən, bu “soyqırımların” “beynəlxalq səviyyədə tanınması” sahəsində vəziyyət necədir? Bu soyqırımı halları ilə bağlı Roma Papasının ayrıca çıxışı və Avropa Parlamentinin qətnamələri nəzərdə tutulurmu?).

Tal Buenos məqalədə yazır ki, bu, heç də o demək deyildir ki, R.Lemkinin qeyd etdiyi bütün hallar “soyqırımıdır”. Hər halda “BMT Konvensiyasının 2-ci maddəsi soyqırımını ölkəni qiyamdan müdafiə etmək və ya siyasi ixtilafları tənzimləmək niyyəti kimi deyil, məhz məhv etmək niyyəti kimi müəyyən edir”.

Bundan əlavə, R.Lemkinin 1944-cü ildə “Carnegie Endowment for International Peace” nəşriyyatı tərəfindən çap edilmiş və “soyqırımı “ sözünün ilk dəfə istifadə olunduğu "Axis Rule in Occupied Europe" kitabında ötən tarixdən bir sıra soyqırımı nümunələri gətirilir, amma ermənilər haqqında bir kəlmə də danışılmır! Erməni təbliğatçılarının öz məqsədləri üçün Lemkinin adını əməlli-başlı hallandırmaları və kitabda gətirilən soyqırımı nümunələri barədə bir kəlmə də danışmamaları T.Buenosu lap hiddətləndirib!

Bəli, onlar Lemkinin İtaliyada Konvensiyanın ratifikasiyasının xeyrinə kampaniyanın gedişində soyqırımı məsələsi ilə maraqlanmağa başlaması ilə bağlı eyni suala “CBS” telekanalında olduğundan tamamilə fərqli cavab verməsini çətin ki, öz sadəlövh auditoriyalarına danışsınlar: “Uşaqlıq illərimdə, Polşa məktəblisi olanda Henrik Senkeviçin ilk xristianların Roma imperatorları tərəfindən məhv edilməsindən danışan “Quo Vadis” (”Hara gedirsən”) kitabını oxudum. Anamdan soruşdum ki, nə üçün xristianlar polisə zəng etməyiblər? Anam cavab verdi ki, polis kömək edə bilməzdi, çünki meydanda Neron vardı. O, mənə Karfagendə və monqol yürüşləri zamanı baş vermiş soyqırımlar haqqında kitablar verdi. Bu problem məni o dərəcədə maraqlandırdı ki, o vaxtdan hüquqşünas olmağa və belə aktların qarşısını alacaq qanun yaratmağa and içdim”.

Alkoqolsuz pivə olduğu kimi, R.Lemkinin bu çıxışı da “ermənilərsiz” olub!

Gördüyümüz kimi, Rafael Lemkinin adının sırf seçilmiş bir kontekstdə hallandırılması və onun qalan bütün yazdıqları və dedikləri barədə susulması erməni siyasi təbliğatının bir hissəsidir. T. Buenos qeyd edir ki, R.Lemkinin “CBS” kanalında çıxışından sitatın və çıxışın videokadrlarının İnternetdə yayılmasına baxmayaraq, o, özünün icad etdiyi “soyqırımı” termini kontekstində ermənilərə məxsusi bir yer ayırmayıb.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pakistandan Əfqanıstana deportasiya edilmiş təxminən 250 min uşağın yardıma ehtiyacı var

Xınalıq – dağlar qoynunda bənzərsiz irs muzeyi

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Valideynlərini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Parisdə islamofobiya əleyhinə yürüşə icazə verilməyib

Avropa Liqasında bütün yarımfinalçılar müəyyənləşib

Konfrans Liqası: "Fənərbağça" yarımfinala vəsiqə qazana bilməyib

Konfrans Liqası: Yarımfinala vəsiqə qazanan üçüncü komanda bəlli olub

Avropa Liqası: Yarımfinala vəsiqə qazanan üç komanda bəlli olub

Səadət Kərimi: Hədəfim peşəkar tərcüməçi olmaq, Azərbaycan irsini tanıtmaqdır

AZAL Bakıdan Kəraçiyə ilk reysini həyata keçirib

Fərid Qayıbov ABŞ-də BMT-nin Gənclər Forumunda çıxış edib

Konfrans Liqası: "Aston Villa" penaltilər seriyasında "Lill"i məğlub edərək yarımfinala yüksəlib

Konfrans Liqası: "Fiorentina" yarımfinala vəsiqə qazanıb

Azərbaycan səfiri Prezident İlham Əliyevin məktubunu İsveç Baş Nazirinin Ofisinə təqdim edib

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

Kopenhagendə yanan tarixi birjanın fasadı uçub

ABŞ səfiri Ağdamın işğaldan azad edilmiş ərazisində səfərdə olub

Avropa Şurası Nazirlər Komitəsinin sədri: Azərbaycan nümayəndə heyəti tezliklə Parlament Assambleyasında öz layiqli yerinə qayıdacaq

Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Türkiyədə baş verən zəlzələ nəticəsində bir neçə tikiliyə ciddi zərər dəyib

Rəsmi Parisin ölkəmizdəki səfirini geriyə çağırmasının əsas səbəbləri - ŞƏRH

“Tarixi abidələr uşaqların gözü ilə” – rəsm sərgisi

"Abşeron" "qızıl set"də "Murov Az Terminal"a qalib gələrək finala yüksəlib

Potsdam Universiteti: İqlim dəyişikliyi qlobal iqtisadiyyatı təhdid edir

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Albaniyada ali səviyyəli toplantısı keçiriləcək

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş rəsm sərgisi açılıb

Türkiyədə zəlzələ olub

“Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğunda abidələr və tarixi yerlər günü qeyd olunub - FOTO

Yeni Kaledoniya Konqresinin nümayəndə heyətinin ölkəmizə səfərinin yekunlarına dair mətbuat konfransı təşkil olunub

Milli Məclisdə "Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək" mövzusunda elmi konfrans keçirilib  YENİLƏNİB

Azərbaycan Vəkillər Kollegiyasının sədri Tbilisidə keçirilən konfransda COP29-un beynəlxalq əhəmiyyətindən danışıb

İndoneziya hökuməti vulkan püskürməsindən sonra sunami ehtimalı barədə xəbərdarlıq edib

Politoloq: Fransa səfirinin geri çağırılması bu ölkədə diplomatiya səviyyəsinin aşağı düşməsinin əlamətidir – ŞƏRH

Yaxın Şərqin ən qədim mədəniyyət ocaqlarından biri – Naxçıvan

Böyük Britaniya və ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq edib

Qazaxıstanda sel səbəbindən 634 neft quyusunun istismarı dayandırılıb

SOCAR və “ACWA Power” şirkətləri “Aşağı karbonlu/ Yaşıl Gübrə” layihəsi çərçivəsində əməkdaşlıq edəcəklər

Gürcüstanda torpaq sürüşməsi baş verib

Milli Məclisin Aqrar siyasət komitəsində ictimai dinləmə keçirilib

MDB PA-nın iclasında model qanun yaradıcılığının perspektiv planına təkliflər nəzərdən keçirilib

Avropa şirkəti “Şimal axını” boru kəmərinin partlamasına görə kompensasiya ödəməkdən imtina edib

Avstriyalı sərmayədarlar Azərbaycanda fəal işbirliyinə dəvət olunublar

® “Azercell” ADA-nın Karyera Hazırlığı Həftəsində iştirak edir

AzTU tələbələri Azərbaycanı Portuqaliyada təmsil ediblər

İranlı narkotacirin Azərbaycandakı narkokuryerində 12 kiloqram marixuana aşkarlanıb

Aprel döyüşlərinin son şəhidi polkovnik-leytenant Sənan Axundovun xatirəsi anılıb

ADPU-da türk professorun məruzəsi dinlənilib

COP29 çərçivəsində AQEM-lə tərəfdaşlıq imkanları müzakirə edilib

Naxçıvanda akademik Rəhim Rəhimovun 100 illik yubileyi qeyd edilib

Hacıqabulda qatarın vurduğu qadın ölüb YENİLƏNİB VİDEO

Respublika Pediatriya Mərkəzi yaradılıb

Polşa şirkətlərinə Azərbaycanın investisiya potensialı təqdim olunub

MEK-in fondunda 3 minə yaxın şəhidin məlumatı sənədləşdirilib

Qərb bölgəsində Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd olunub VİDEO

Əqli Mülkiyyət Agentliyi: Tələbələrə iddia sənədlərinin tərtib edilməsində kömək göstərilib

“Rəqəmsallaşma və biznesin idarə edilməsində süni intellekt inqilabı” - UNEC-də beynəlxalq konfrans keçirilir

Yeni kaledoniyalı parlamentari: COP29-un dünyada iqlim dəyişiklikləri istiqamətində mövcud problemlərin həllinə töhfə verəcəyinə inanıram VİDEO

“Şəxsi arxivlərin kataloqlaşdırılması və təsvir prinsipləri” - mühazirə

“Məktəblinin dostu” layihəsinin fəaliyyətinə dair elmi araşdırmanın təqdimatı keçirilib

“Ədibin Evi”ndə “Nizami Gəncəvinin söz kainatı” mövzusu müzakirə olunub

Kaledoniyalı tarixçi: Fransanın assimilyasiya siyasəti aparmasına imkan verməyəcəyik

Tarixi abidələrimiz keçmişimizdən gələcəyə bir körpüdür

Tanışını qəsdən öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

Rəşad Nəbiyev Ağdaşda şəhid ailəsini ziyarət edib

Paytaxtda saxlanılan narkokuryerdə 5 kiloqram marixuana aşkarlanıb

Kaledoniyalı senator: İnanırıq ki, Azərbaycanla imzaladığımız memorandum sayəsində Fransa öz siyasətindən çəkinəcək VİDEO

Kənd təsərrüfatı naziri: Türkiyə ilə aqrar sahədə əməkdaşlıq Qarabağ və Şərqi Zəngəzur üçün də vacibdir

Omayra Naiselin: Müstəqillik uğrunda müxtəlif istiqamətlərdə mübarizə aparırıq VİDEO

Aqrar sahədə Türkiyə və Azərbaycan əməkdaşlığının perspektiv istiqamətləri müəyyən edilib

Kişi voleybolçuların Yüksək Liqasında ikinci finalçı bəlli olub

Kaledoniyalı parlamentari: Azərbaycan bizim üçün həqiqi bir nümunədir

Aİ ölkələri arasında Rusiyadan ən çox qaz alan dövlət Fransadır

Qaraciyər xəstəliklərinin müalicəsinə kömək edə bilən muncuqlar hazırlanıb

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Sahibə Qafarova: Fransa tarixində qara ləkə olan kolonializmi Cənubi Qafqaz regionunda da davam etdirmək niyyətindədir

Bloomberg: Rusiya sanksiyalardan yayınmaq üçün nəqliyyat dəhlizlərinin modernləşməsinə 25 milyard dollar sərmayə yatırmağa hazırlaşır

BDU aliminin yeni monoqrafiyası nəşr olunub

Kreml Fransanın mülkiyyət hüququnu pozmaqda ittiham edib

“İraq türkmanlarının ictimai, siyasi və fəlsəfi görüşləri” - dəyirmi masa

Azərbaycan ilə Çin baş prokurorluqları arasında hüquqi sahədə əməkdaşlıq genişlənir

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr olunmuş sərgi keçiriləcək

Ukrayna bu il silah-sursat alınmasına 4 milyard dollar xərcləyib

Dendrologiya İnstitutu Qazaxıstanın Botanika və Fitointroduksiya İnstitutu ilə əməkdaşlıq edəcək

Mədəniyyət Nazirliyi “Nəşrlərin satın alınması müsabiqəsi”ni elan edib

Audiovizual Şura BDU-da “Media subyektləri” mövzusunda seminar keçirib

Tural Gəncəliyev: Fransa öz gözündə tiri görmək istəmir

Şizofreniyanın müalicəsində yeni imkanlar araşdırılıb

Karlo Ançelotti Qvardiolaya qarşı unikal göstəriciyə imza atıb

Sülhməramlıların Qarabağdan çıxarılması Azərbaycanın Liderinin zərgər dəqiqliyi ilə tətbiq etdiyi diplomatiyanın məntiqi yekunudur - ŞƏRH

Komitə sədri: Fransa demokratik ideyaları məhv edir VİDEO

Polşalı professorlar BMU tələbələrinə mühazirə oxuyublar

Tələbələr Dendrologiya İnstitutunda istehsalat təcrübəsinə başlayıblar

® Kreditlərinizi “Kapital Bank”a gətirin, nağdlaşdırma komissiyası olmadan kredit əldə edin

“SpaceX” daha 23 internet peykini orbitə çıxarıb

C vitamini qan təzyiqini aşağı salmağa kömək edir

Tatarıstan Azərbaycanla birgə kimya sənaye müəssisəsinin yaradılmasında maraqlıdır

Aşqarlar Kimyası İnstitutuna yaradıcı gənclərin ekskursiyası təşkil olunub

Ramana qəsəbəsində iki nəfər dəm qazından zəhərlənərək ölüb

Abbas Abbasov: Azərbaycan neokolonializmlə bağlı xalqların mübarizəsini dəstəkləyir