İDMAN


Rafael Santos “Qəbələ”nin heyətində 100-cü oyununu keçirib

Bakı, 19 dekabr, AZƏRTAC

Azərbaycan Premyer Liqasının XIV turunun “Kəpəz”lə ev oyunu “Qəbələ”nin futbolçusu Rafael Santos üçün əlamətdar olub.

AZƏRTAC xəbər verir ki, braziliyalı müdafiəçi “qırmızı-qaralar”ın heyətində 100-cü rəsmi matçını keçirib. “Qəbələ”nin 2:1 hesablı qələbəsi ilə başa çatan görüşün fasiləsindən sonra meydana çıxan cənubi amerikalı komandanın tarixinə 100 və daha çox oyun keçirən 5-ci futbolçu kimi düşüb. Ona qədər yalnız 4 futbolçu bu qədər matçda “qırmızı-qara” forma geyinib. Bunlar Dodo (161), Ürfan Abbasov (144), Viktor Mendi (127) və Samir Zərgərovdur (122).

2014-cü il fevralın 2-də keçirilən Premyer Liqanın “Sumqayıt” – “Qəbələ” matçında (0:3) ilk dəfə komandanın formasını geyinən Rafael “qırmızı-qaralar”ın heyətində 100 oyunda 8577 dəqiqə meydanda olub. Hesabında 2 qol və 21 sarı vərəqə olan müdafiəçi 1 avtoqola da üzülüb. O, ölkə çempionatında 69, kubokda 11, UEFA Avropa Liqasında 20 matç keçirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.