İDMAN
Rahman Ziaur: Bakının gözəlliyi insanı valeh edir
Bakı, 6 sentyabr, AZƏRTAC
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasının yüksək təşkilatçılıq səviyyəsi Azərbaycana gələn əcnəbi idmançılarda böyük heyranlıq doğurub.
Banqladeş milli komandasının üzvü Rahman Ziaur AZƏRTAC-a müsahibəsində ölkəmizlə bağlı fikirlərini bölüşərkən deyib: “Keçən il Bakıda olmuşdum. Bura çox xoşuma gəldiyi üçün bu dəfə ailəmlə birgə gəlmişəm. Mən komanda üzvü kimi, ailəm isə turist kimi gəlmişik. Ailəm də Bakını çox bəyəndi. Çünki Bakının gözəlliyi insanı valeh edir. Azərbaycanın mətbəxinin zənginliyi və nəfis təamlar insanı özünə bağlayır. Azərbaycanın qədim və zəngin mədəniyyəti var. İnsanlar da son dərəcə mehriban, qonaqpərvər və səmimidirlər”.
Bakıda Şahmat Olimpiadasının təşkilatçılıq səviyyəsindən danışan qonaq bildirib: “Bakıda Olimpiada yüksək səviyyədə təşkil olunub. Şahmatçıların yaxşı nəticə göstərmələri üçün bu, əsas şərtdir. Yarışın keçirildiyi zalda, eləcə də digər məkanlarda idmançıların, nümayəndə heyətlərinin üzvlərinin rahatlığı üçün ideal şərait yaradılıb”.