SİYASƏT


Raket və artilleriya birləşmələrində döyüş atışlı təlimlər keçirilib

A+ A

Bakı, 26 sentyabr, AZƏRTAC

Raket və Artilleriya Qoşunlarının hərbi hissə və birləşmələri döyüş atışlı təlimlər keçirib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, apreldə əldə edilmiş döyüş təcrübəsi nəzərə alınmaqla səhra şəraitində keçirilən artilleriya təlimlərində bölmələrin qarşılıqlı əlaqədə fəaliyyəti, atəşin idarə olunması və müxtəlif şəraitli atəş mövqelərindən tapşırıqlar yerinə yetirilib.

Optik və radiotexniki kəşfiyyat vasitələri, pilotsuz uçan aparatlar, eləcə də xüsusi təyinatlıların artilleriya kəşfiyyatı icra edilməklə şərti düşmənin döyüş düzülüşünün bütün dərinliyində örtülü və açıq mövqelərdəki tək və qrup halında, o cümlədən hərəkətdə olan hədəflər məhv edilib.

Təlimə cəlb olunan müxtəlif raket sistemləri və artilleriya qurğuları heyətlərinin döyüş hazırlığı, bacarığı və qarşılıqlı fəaliyyəti Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.