CƏMİYYƏT


Ramazan ayı münasibətilə pulsuz həkim müayinəsi keçirilib

Bakı, 5 iyun, AZƏRTAC

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və Ramazan ayı münasibətilə psixonevroloji xəstəliklərdən əziyyət çəkən uşaqlar üçün pulsuz həkim müayinəsi təşkil olunub.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasının baş həkimi, professor Rauf Ağayev klinikada bu tip aksiyaların artıq ənənə halını aldığını deyib.

İlk aksiyada klinikaya müraciət edən bütün uşaqlar üçün ümumi neonatoloq və pediatr müayinəsi, həmçinin bəzi önəmli analizlər pulsuz keçirilib. İkinci aksiya isə Şəhər Nevroloji Dispanserində müalicə alan uşaqlar üçün təşkil olunub.

R.Ağayevin sözlərinə görə, dispanserdə qeydiyyatda olan uşaqlar arasında serebral ifliclə yatan, nevroloji və somatik xəstəliklərdən müalicə alanlar var. Bu uşaqlar pulsuz olaraq oftalmoloq, travmatoloq, otolorinqoloq baxışından keçib, exo və kardioqramma müayinəsi olunub. Ümumilikdə ikigünlük aksiya zamanı psixonevroloji problemləri olan 40-dək uşaq müayinədən keçib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.