İQTİSADİYYAT


Ramazan bayramı ilə əlaqədar Bakı Avtovağzalı gücləndirilmiş iş rejimində çalışacaq

A+ A

Bakı, 4 iyul, Elvin Camalov, AZƏRTAC

Ramazan bayramı ilə əlaqədar iyulun 4-dən 8-nə kimi Bakı Beynəlxalq Avtovağzal Kompleksi gücləndirilmiş iş rejimində çalışacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Şəfa Mehmanqızı deyib.

O bildirib ki, bayram günlərində ümumilikdə 15 min sərnişinə xidmət göstərilməsi nəzərdə tutulub. Sıxlıq yarandığı halda ehtiyatda olan 200 avtobus xəttə buraxılacaq.

Həmçinin Ş.Mehmanqızı qeyd edib ki, bayram günləri baş verə biləcək süni qiymət artımı və bilet çatışmazlığı ilə əlaqədar tədbirlər görülüb. Bununla bağlı avtovağzal rəhbərliyi tərəfindən nəzarət komissiyası yaradılıb. Xoşagəlməz hallar baş verərsə sərnişinlər avtovağzal kompleksinin 3-cü mərtəbəsində yerləşən ofislərə, səlahiyyətli şəxslərə, o cümlədən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə də müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.