CƏMİYYƏT


Ramazan bayramı münasibətilə müharibə veteranları, ağsaqqallar və aztəminatlı ailələr ilə görüş keçirilib

A+ A

Bakı, 5 iyul, AZƏRTAC 

Ramazan bayramı münasibətilə Nizami rayonunda Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, Böyük Vətən Müharibəsi veteranları, ağsaqqallar və aztəminatlı ailələr ilə görüş keçirilib.

Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi sədrinin birinci müavini Əlsafa Quliyev, İctimai Birliyin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev və başqaları ölkəmizdə bu təbəqədən olan insanların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən danışıblar. Qeyd olunub ki, əlil və şəhid ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların reabilitasiyasının təşkili, minik avtomobilləri ilə təmin olunması daim diqqət mərkəzindədir.

Növbəti görüş Respublika Veteranlar Təşkilatının və Respublika Ağsaqqallar Şurasının Nizami rayon şöbələrində keçirilib. S.Vəliyeva veteranları, ağsaqqalları və ağbirçəkləri, onların ailələrini bayram münasibətilə təbrik edib.

Çıxış edən Yəhya Ağayev, Mail Əliyev və başqaları onlara göstərilən qayğının ildən-ilə artırmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını çatdırıblar.

Daha bir görüş isə rayonun ictimai həyatında fəal rol oynayan sakinlərlə keçirilib.

Bütün görüşlərdə ümumilikdə 250-dən artıq aztəminatlı ailəyə Ramazan bayramı münasibətilə yardımlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.