İDMAN


Ramil Qasımov: Rioda Azərbaycanın dövlət himninin səsləndirilməsi çox qürurverici idi

Bakı, 22 sentyabr, AZƏRTAC 

Fəxri kürsünün ən yüksək pilləsində yer aldığım üçün özümü xoşbəxt hiss edirəm. Azərbaycanın dövlət himninin Rioda səsləndirilməsi qürurverici və unudulmaz idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Rio-2016” Yay Paralimpiya Oyunlarında Azərbaycana qızıl medal qazandıran cüdoçu Ramil Qasımov sentyabrın 22-də Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançılarımızın qarşılanması mərasimində deyib.

“Rio-2016”nın qızıl medalçısı bildirib: “Rəqiblərim çox güclü idi və buna görə də qarşılaşmalar çox gərgin keçdi. Amma buna baxmayaraq, var gücümü toplayıb bütün rəqiblərimə qalib gəldim. Rio-de-Janeyroya yola düşəndə ancaq qələbə haqqında düşünürdüm. Qızıl medal qazanmaqla komandamızı və xalqımızı sevindirdim”.

Çempion idmançımızın şərəfinə Azərbaycanın dövlət himni səsləndirilərkən böyük qürur hissi keçirdiyini bildirən cüdoçu deyib: “Bu, sözlə təsvir edilə bilməyən hissdir. Bunun üçün bütün mərhələləri adlayıb, fəxri kürsüyə qalxmaq və o hissləri yaşamaq lazımdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.