İDMAN


Ramin Əzizov “Bakı-2017”də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb

Bakı, 18 may, Nihad Budaqov, AZƏRTAC

“Bakı-2017”də kişilər arasında taekvando yarışlarında ölkəmizi təmsil edən Ramin Əzizov (87 kq) qızıl medal qazanıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan idmançısı final görüşündə iranlı Əhməd Məhəmmədi ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə rəqibinə 16:14 hesabı ilə qalib gələn Ramin Əzizov "Bakı-2017"də Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb.

Bürünc medalları Türkiyə idmançısı Sərdar Yüksəl və Kot D'İvuar təmsilçisi Seydou Qbane əldə ediblər.

Mübarizəyə dörddəbir finaldan qoşulan Ramin Əzizov iordaniyalı Anas Sadekə 27:8 hesabı ilə qalib gəlib. Təmsilçimiz yarımfinalda türkiyəli Sərdar Yüksəldən 13:5 hesabı ilə üstün olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.