İQTİSADİYYAT
“Rapid Solutions” şirkəti peyk rabitəsi sahəsində “VSAT” xidmətləri təqdim edir
Bakı, 4 dekabr, AZƏRTAC
Peyk rabitəsi sahəsində müxtəlif “VSAT” (yerüstü rabitə şəbəkəsi olmayan ərazilərdə peyk rabitəsi) xidmətlərini təqdim edən “Rapid Solutions” şirkəti Azərbaycan Beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” (“Bakutel-2014”) sərgisində məhsullarını nümayiş etdirir.
Şirkətin İT və telekommunikasiya üzrə meneceri Bəhruz Süleymanov AZƏRTAC-a müsahibəsində deyib ki, “Rapid Solutions” 1996-cı ildə yaradılıb və bir neçə ildir ki, dinamik inkişaf edir. Şirkət İnternetə peyklə qoşulma xidmətlərinə imkan verir “iDirect hub” texnologiyasının da sahibidir. Biz dövlət strukturları və özəl şirkətlər üçün kifayət qədər peyk şəbəkələrini yerləşdirə bilərik. Dəniz nəqliyyatı, eləcə də hərbi təyinatlı strukturlara da xidmət göstəririk. Servisimiz yüksək etibarlılığı ilə fərqlənir, təəccüblü deyil ki, şirkətimiz “Azercosmos”un ilk tərəfdaşı olub.
B.Süleymanov qeyd edib ki, “Rapid Solutions”un yanğın xəbərdarlığı üçün nəzərdə tutulmuş avadanlıqları, girişə nəzarət, video-müşahidə, peyk naviqasiyası, radara nəzarət sistemləri üzrə məhsulları da maraqla qarşılanır.