İQTİSADİYYAT


Raymondas Petrenas: Azərbaycan bazarı bizim üçün yenidir

Bakı, 26 aprel, AZƏRTAC

Bizim şirkət dünya brendləri arasında örtüklərin ən geniş çeşidinə malikdir. Azərbaycan bazarı bizim üçün yenidir. Biz Bakıda keçirilən “Road&Traffiс” sərgisində debüt edirik və öz biznesimizi birgə inkişaf etdirmək üçün burada tərəfdaş və distribüterlər tapmağa ümid bəsləyirik.

AZƏRTAC xəbər verir ki, bu sözləri "TransCaspian/Translogistica" 2017 sərgisində öz stendi ilə təmsil olunan “Basler Lacke” şirkətinin MDB ölkələrində biznesinin inkişafı üzrə məsul şəxsi Raymondas Petrenas söyləyib.

R.Petrenas deyib: “Bu yaxşı başlanğıcdır və Azərbaycanda şirkətimiz üçün yeni imkanlar yaranacağını göstərir. Biz ümid edirik ki, məhsullarımız mövcud infrastruktura yaxşı inteqrasiya olunacaq. Biz brendimizi səciyyələndirən sabitlik və keyfiyyətə zəmanət veririk”.

“Basler Lacke” şirkəti bütün dünyada yol, avtomobil dayanacağı, velosiped yolları və digər yollar üçün İsveçrədə istehsal olunan boya və örtüklərin istehsalı sahəsində liderdir. Biz yol hərəkətinin həm təhlükəsizliyinə, həm də yaxşılaşdırılmasına çalışırıq. Şirkətin təxminən 90 illik fəaliyyət təcrübəsi məhsullarımızın Avropa ölkələrində özünü doğrultduğunu sübut edir”, - deyə Petrenas bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.